hia.az

Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

50 dəfə baxılıb 23-06-2025, 08:50

Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "Euronews" təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən təlim Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq:

“Bu təlimin jurnalistikamızın inkişafı üçün çox böyük praktiki imkanları olacaq. Müasir jurnalistika trendləri, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri, sosial şəbəkələrin idarə edilməsi ilə bağlı jurnalistlərə məlumatlar aşılanacaq”.

N.Məmmədli həmçinin bildirib ki, beş gün davam edəcək təlim davamlı təşkil olunacaq:

"Bundan sonra da əməkdaşlığın yeni imkanları müzakirə olunacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi