hia.az
hia.az

Gürcüstanın yeni iqtisadiyyat naziri təyin olunub

82 dəfə baxılıb 24-06-2025, 15:03

Gürcüstanın yeni iqtisadiyyat naziri təyin olunub

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri postuna Mariam Kvrivişvili təyin edilib.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Baş nazir bildirib ki, Mariam Kvrivişvili artıq ictimaiyyətə yaxşı tanınır və onun əlavə təqdimata ehtiyacı yoxdur:

“Kvrivişvili uzun illərdir iqtisadiyyat və aviasiya sahəsində fəaliyyət göstərir, nazir müavini kimi özünü təsdiqləyib. Əminəm ki, o, bu vəzifədə də uğur qazanacaq.”

Qeyd edək ki, Mariam Kvrivişvili hakim partiyanın siyasi şurasının üzvüdür, 2019–2020-ci illərdə Milli Turizm Administrasiyasına rəhbərlik edib, 2021-ci ildən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bu dəyişiklik Levan Davitaşvilinin iqtisadiyyat naziri vəzifəsindən istefa verməsindən sonra baş verib. O, bundan sonra Baş nazirin iqtisadi məsələlər üzrə baş müşaviri və İqtisadi Şuranın katibi vəzifələrində fəaliyyət göstərəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi