hia.az
hia.az

Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

39 dəfə baxılıb 25-06-2025, 12:58

Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

Moskva regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.

“Report”un yerli KİV-lərə istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) yekunlaşdırılacaq", - o qeyd edib.

D.Peskovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi regionda sabitlik və təhlükəsizlik mühiti üçün zəruridir.

"Öz tərəfimizdən bu prosesə töhfə vermək üçün mümkün olan hər şeyi etməyə hazırıq", - o əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi