hia.az
hia.az

“CineMastercard”da “Aşkın Yüzü” filminin nümayişi başlayır

88 dəfə baxılıb 10-06-2025, 10:42

“CineMastercard”da “Aşkın Yüzü” filminin nümayişi başlayır

Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində iyunun 12-dən “Aşkın Yüzü” türk romantik dramının nümayişi başlayır.

Emre Erdoğdunun rejissoru olduğu ekran işində baş rolları Helin Kandemir və Onur Seyit Yaran canlandırıb.

Filmin məzmununa gəlincə, təsadüfən yolları kəsişən iki gənc - Özgür və Özlem bir-birlərinin həyatına gözlənilməz məna qatır. Üzləri tanıya bilməmə (prosopaqnoziya) problemi yaşayan Özgür dünyanı səslər və detallarla dərk edərkən, daim ətrafı tərəfindən görməzdən gəlinən Özlem onunla tanış olanda ilk dəfə həqiqətən var olduğunu hiss edir. Aralarında yaranan bu saf bağ hər ikisini dəyişəcək daxili səyahətin qapısını açır. Özgür eşqin mürəkkəb hissləri ilə üzləşdiyi halda, Özlem görünməyin verdiyi cəsarətlə özünü yenidən kəşf edir.

Filmdə növbəti vacib mövzulara toxunulur: sevdiyinin üzünü tanımadan ona qarşı sevgi hiss etmək mümkündürmü və səni heç vaxt olduğun kimi görməyən bir dünyada öz dəyərini necə tapa bilərsən?

“Aşkın Yüzü” həqiqi bir görüşün hər şeyi necə dəyişə biləcəyindən bəhs edən bir hekayədir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi