hia.az

“Vəfa” tamaşasının premyerası oldu

81 dəfə baxılıb 29-05-2025, 11:31

“Vəfa” tamaşasının premyerası oldu

Xalq şairi Rəsul Rzanın “Vəfa” pyesi əsasında Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası olub.

Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.

Rəsul Rzanın “Vəfa” pyesi inam, dostluq, sədaqət, dönüklük, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri özündə əks etdirir. Pyesdə İkinci cahan savaşında göstərilmiş şücaət ümumxalq hünəri kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor səhnə əsərində müəllifin şeirlərindən, Krım cəbhəsində yazdığı məktublardan istifadə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi