hia.az
hia.az

Azərbaycanda ibtidai təhsilin beş il olması təklif edildi

1 dəfə baxılıb Bu gün, 10:38

Azərbaycanda ibtidai təhsilin beş il olması təklif edildi

Azərbaycanda məktəb modelinin dəyişməsi, ibtidai təhsilin beş il olması təklif edilir.

Bunu ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, ibtidai təhsil kitaba həvəs, müəllimə hörmətdən başlayır:

"Məktəb elm ocağıdır, onun tərifini geri qaytarmaq lazımdır. Müəllim və şagird məktəbi evi kimi görməlidir. Universitetlərin özünüidarəetmə sistemi olmalıdır. Məktəb modeli dəyişməlidir, 11 il olması doğru deyil. Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. İbtidai məktəb 4 il deyil, 5 il olmalıdır".

Q.Məmməd bildirib ki, təhsil balanslı deyil:

"Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik. Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır".

Ekspert vurğulayıb ki, şagird özü ixtisas seçimi etməlidir:

"Müasir dünyada belədir. Biz yeni model yaratmalıyıq. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi