hia.az
hia.az

Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

76 dəfə baxılıb 21-07-2023, 16:14

Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcəklər.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Ölkə lideri XİN rəhbərlərinin mümkün görüşünü təsdiqləyib: "Yaxın günlərdə Moskvada danışıqların daha bir raundu keçiriləcək".

Qeyd edək ki, bundan əvvəl Moskva XİN Qarabağ nizamlanması probleminin müzakirəsi və sülh müqaviləsinin razılaşdırılması üçün yaxın vaxtlarda Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

Hazırda görüşün dəqiq tarixi barədə məlumat yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi