hia.az
hia.az

“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək

54 dəfə baxılıb 30-06-2025, 11:19

“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İlk dəfə olaraq Qadınlar Forumu keçiriləcək.

Tədbir iyulun 2-də Prezident İlham Əliyevin təşəbbüsü ilə “İƏT Həftəsi” çərçivəsində Laçında baş tutacaq.

Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.

Forumda iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.

Forum, eyni zamanda İƏT regionu ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi