hia.az
hia.az

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

1 dəfə baxılıb Bu gün, 09:39

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

Bu ilin l rübündə Azərbaycan Amerika Birləşmiş Ştatlarının (ABÇ) iqtisadiyyatına 14,7 milyon dollar birbaşa investisiya qoyub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 4,7 %-ə çatıb.

Rüb ərzində ABŞ isə Azərbaycan iqtisadiyyatına 42,3 milyon dollar birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 31,1 % çoxdur.

Hesabat dövründə ABŞ-in Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,1 %-dan 2,8 %-a çatıb.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi