hia.az
hia.az

"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək

1 dəfə baxılıb Bu gün, 08:17

"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Qarşılaşma "Azərsun Arena"da təşkil olunacaq.

Matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi