hia.az
hia.az

Kanada azad ticarət razılaşması olmayan ölkələrdən polad idxalına rüsum tətbiq edir

24 dəfə baxılıb 28-06-2025, 07:36

Kanada azad ticarət razılaşması olmayan ölkələrdən polad idxalına rüsum tətbiq edir

 
Kanada azad ticarət razılaşması olmayan ölkələrdən polad idxalına 50 % rüsum tətbiq edib.

Bu barədə hökumət məlumat yayıb.

“Bu gün maliyyə və milli gəlirlər naziri Fransua-Filipp Şampan azad ticarət sazişinə daxil olmayan ölkələrdən Kanadaya idxal edilən polad məhsulları üçün yeni tarif kvotalarının tətbiq edildiyini açıqlayıb”, - açıqlamada bildirilir.

Qərara əsasən, kvota 2,6 milyon ton polad olaraq müəyyən edilib. Hökumət hesab edir ki, bu müvəqqəti ticarət tədbiri əvvəlcə ABŞ üçün nəzərdə tutulan poladın Kanadaya yönəldilməsi riskini aradan qaldırmaqla ölkənin polad bazarını sabitləşdirməyə kömək edəcək.

Tarif səviyyəsinə onun məqsədəuyğunluğunu və effektivliyini təmin etmək üçün 30 gün ərzində yenidən baxılacaq.

"Hökumət lazım gəldikdə əlavə addımlar atmağa hazırdır və ABŞ-nin tarifləri ilə bağlı vəziyyətin necə inkişaf etməsindən asılı olaraq cavabının məqsədəuyğunluğunu qiymətləndirməyə davam edəcək", - hökumətdən bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi