hia.az
hia.az

"Azneft" dairəsində təmir işləri aparılacaq - Yol bağlanacaq

93 dəfə baxılıb 7-04-2023, 15:07

"Azneft" dairəsində təmir işləri aparılacaq - Yol bağlanacaq


Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", deyə DYP əməkdaşı bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi