hia.az
hia.az

İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək - Xüsusi nümayəndəlikdən AÇIQLAMA

93 dəfə baxılıb 7-01-2023, 18:10

İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək - Xüsusi nümayəndəlikdən AÇIQLAMA


"Qarabağda aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək".

Bunu çıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib. O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq:

"Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər.

Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gəlib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir.

Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi həmin sualları cavablandırıldı", - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi