hia.az
hia.az

Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsü seçildi

56 dəfə baxılıb 6-01-2023, 16:59

Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsü seçildi


Azərbaycan ordusu 2023-cü ilin yanvarında hərbi gücünə görə Cənubi Qafqazda birinci olub.

Bu barədə ABŞ-ın beynəlxalq analitik mərkəzi olan "Global Firepower" dünya ordularının gücü ilə bağlı 2023-cü il hesabatını dərc edib.

Həmin təhlilə əsasən, Azərbaycan ordusu 2023-cü ilin yanvarına 145 ordu arasında 57-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, sözügedən araşdırmalara görə, 2022-ci ildə Azərbaycan ordusu dünyada 63-cü sırada idi.

Onu da deyək ki, hesabatda Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir.

2023-cü il hesabatına görə, Türkiyə dünyada 11-ci, İran isə 17-ci yerdədir. Müharibədən əziyyət çəkən Ukrayna 15-ci yerdədir.

İlk beşlik isə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniyadır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi