hia.az
hia.az

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

110 dəfə baxılıb 27-12-2022, 12:56

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi


Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Paralamentinsesi.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç göstəriş verib.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Vuçiç Kosovo və Metohiya muxtar vilayətində yaranan vəziyyəti nəzərə alaraq belə bir qərar verib.

Bununla yanaşı qeyd olunur ki, Serbiya ordusu Kosovanın alban rəhbərliyinin serbiyalılara qarşı hücuma hazırlaşmağa davam etdiklərindən döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, Kosova polisi bir neçə keçmiş serbiyalı polisi 1998-1999-cu illərdə münaqişə zamanı cinayət törətməkləri ittihamları ilə saxladıqdan sonra Kosovo və Metohiyada gərginlik yaranıb. Buna cavab olaraq Kosovada yaşayan serbiyalılar avtomobil yollarında barrikadalar qurub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi