hia.az
hia.az

Xankəndi-Gorus yolundakı vəziyyət erməniləri təşvişə saldı - Vardanyan çağırış etdi

72 dəfə baxılıb 6-12-2022, 13:12

Xankəndi-Gorus yolundakı vəziyyət erməniləri təşvişə saldı - Vardanyan çağırış etdi


Qarabağ separatçılarının rəhbərliyinə gətirilən milyarder Ruben Vardanyan təhlükəsizlik məsələsinin onlar prioritet olduğunu qeyd edib.

Parlamentinsesi.az Ermənistan KİV -nə istinadən xəbər verir ki, Vardanyan Əsgəranda yaşayan ermənilərlə görüşdə belə deyib. O, Əsgərandakı erməni icmalarının rəhbərləri ilə görüşərək müxtəlif məsələlərdən danışıb.

Vardanyan erməniləri Xankəndi-Gorus yolunun bağlanmasına hazır olamağa çağırıb.

Rusiyanın Qarabağdakı “adamı” deyib ki, bu yolun açıq olması və azərbaycanlıların orada nəzarət etməməsi üçün bütün imkanlardan istifadə edəcəklər.

“Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq və hazır olmalıyıq”, - Vardanyan separatçılara çağırışında vurğulayıb.

Separatçıların qondarma "dövlət naziri" bildirib ki, Xankəndi-Gorus yolu Qarabağ erməniləri üçün həyati əhəmiyyət kəsb edir:

“Vəziyyət belədir. Biz bununla hər vasitə ilə mübarizə aparmalıyıq. Bu reallıq bizdən həm problemlərin diaqnostikası, həm qərarların qəbulu, həm də ümumiyyətlə, hərəkət tərzimiz baxımından tamamilə fərqli yanaşmalar tələb edir. Biz çox ciddi təhlükələr və çağırışlarla üz-üzəyik, lakin mən əminəm ki, biz onların öhdəsindən gələcəyik”, - deyən Ruben Vardanyan son günlər panika yaşayan erməniləri sakitləşməyə çağırıb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi