hia.az
hia.az

Avropa İttifaqı Şahin Mustafayevlə Mqer Qriqoryanın dünən baş tutan görüşünü şərh edib

121 dəfə baxılıb 4-11-2022, 15:31

Avropa İttifaqı Şahin Mustafayevlə Mqer Qriqoryanın dünən baş tutan görüşünü şərh edib


Avropa İttifaqı Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın başçılıq etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının dünən Brüsseldə keçirilən üçüncü iclasını şərh edib.

Aİ tərəflər arasındakı konstruktiv atmosferi yüksək qiymətləndirib.

“Bu görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunmuş yüksək səviyyəli razılaşmalardan sonra keçirilir. Tərəflər sərhədlə bağlı məsələlərin həlli, habelə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazır olduqlarını bəyan ediblər”, - Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin məlumatında qeyd olunur.

Mənbə: Europa.eu


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi