hia.az
hia.az

Ukrayna və Rusiya növbəti dəfə əsirləri DƏYİŞDİ

128 dəfə baxılıb 29-10-2022, 20:35

Ukrayna və Rusiya növbəti dəfə əsirləri DƏYİŞDİ


Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter"də bildirib.

"Daha bir əsir mübadiləsi aparıldı. 52 nəfər - zabitlərimizi, həkimlərimizi, çavuşlarımızı, əsgərlərimizi azad etdik".

Onun sözlərinə görə, azad olunanlar arasında Ukrayna Milli Qvardiyasının hərbçiləri, "Azov" batalyonunun döyüşçüləri, Hərbi Dəniz Qüvvələrinin hərbçiləri var. Yermakın sözlərin görə, iki mülki şəxs də azad olunub.

Rusiya Müdafiə Nazirliyi də hərbi əsirlərin mübadiləsini təsdiqləyib. Rusiya tərəfinə Ukrayna tərəfində saxlanılan 50 hərbçi qaytarılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi