hia.az
hia.az

"Ermənilərin təhlükəsizliyi konstitusiyamıza uyğun təmin ediləcək" - Prezident

84 dəfə baxılıb 14-10-2022, 21:42

"Ermənilərin təhlükəsizliyi konstitusiyamıza uyğun təmin ediləcək" - Prezident


Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlət başçıları şurasının iclasında çıxışı zamanı deyib.

"Praqada keçirilən görüşdə biz də bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq. Bizim mövqeyimiz sadə və aydındır. Qarabağ Azərbaycandır. Biz heç bir tərəflə daxili məsələlərimizi müzakirə etmək fikrində deyilik. Praqa görüşünün nəticələrindən başa düşdüyümə görə, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında heç bir ziddiyyət yaratmayıb", - ölkə lideri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin, Fransa prezidentinin və Avropa İttifaqı Şurasının prezidentinin dördtərəfli görüşü keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi