hia.az
hia.az

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

41 dəfə baxılıb 15-10-2025, 11:39

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib


Hazırda Xankəndi, Ağdərə və Xocalı rayonları ərazisində 19-dan çox bərpa edilən yaşayış məntəqəsində 22 mindən yuxarı əhalinin yaşayışı təmin edilib. Onların 4 mindən çoxu məcburi köçkünlərdir.

Bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə nümayəndəsi Elçin Yusubov deyib.

O bildirib ki, ən prioritet məsələ məşğulluğun təmin olunmasıdır.

“Hazırda özəl investorlar tərəfindən regiona 65 mln. manat həcmində özəl investiya qoyulub və bu, regionda yeni iş yerlərinin açılmasına xidmət edib. 3 minə yaxın yeni iş yeri yaradılıb. Ərazidə kəndlilərin məşğulluğunun təmin edilməsi üçün əkinə yararlı torpaqlarların təhlili aparılıb və müvafiq olaraq kənd sakinlərinin istifadəsinə verilməsi ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb. Ballıca kəndində artıq əkin sahələrinin paylanılıb. istifadəsinə başlanılıb. Çalışırıq dayanıqlı məşğulluq təmin edək”. (Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi