hia.az
hia.az

4 ölkə prezidentləri Zelenski ilə görüşmək üçün Kiyevə gedir

251 dəfə baxılıb 13-04-2022, 14:04

4 ölkə prezidentləri Zelenski ilə görüşmək üçün Kiyevə gedir


Litva, Polşa, Estoniya və Latviya prezidentləri Ukrayna lideri bu gün Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir.

Bu barədə Litva prezidenti Gitanas Nauseda "Twitter"də yazıb.

"Biz Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək", - deyə o, qeyd edib.

Polşa prezidentinin administrasiyası Ukraynanın paytaxtında dörd dövlətin başçısının Zelenski ilə görüşəcəyini təsdiqləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi