hia.az
hia.az

Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq

158 dəfə baxılıb 12-02-2022, 18:11

Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq

Gələn həftə Türkiyənin Maliyyə idarəsi ilə Azərbaycan Mərkəzi Bankı arasında Azərbaycanda yüksək texnologiyalar və rəqəmsallaşmanın inkişafı ilə bağlı memorandumun imzalanması gözlənilir.

Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu memorandum çərçivəsində sığorta bazarının və kapital bazarının rəqəmsallaşması sahəsində Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunması barədə razılıq əldə edib. Razılığa əsasən, İstanbul Fond Birjasının qiymətli kağızları Bakı Fond Birjasında, Azərbaycanın qiymətli kağızları isə Türkiyədə alınıb satılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi