hia.az

Azərbaycanda tanınmış jurnalist vəfat ETDİ

55 dəfə baxılıb 21-06-2025, 08:36

Azərbaycanda tanınmış jurnalist vəfat ETDİ

Tanınmış jurnalist Ağaddin Babayev Lənkəranda vəfat edib.

Ağaddin Babayev, doğulub boya-başa çatdığı Şağlaser kəndində vəfat edib.

Dəfn mərasimi saat 10:00-da kənd qəbiristanlığında baş tutacaq.

1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.

Qeyd edək ki, Ağaddin Babayev bir müddət APA-nın cənub bölgəsi üzrə müxbiri olub.

Allah rəhmət eləsin!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi