hia.az

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

0 dəfə baxılıb Bu gün, 11:07

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.

Bu barədə Özbəkistan mediası məlumat yayıb.

Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.

Əfv olunanların 7-si əcnəbi; 49-u qadın; 37-si yaşı 60-dan yuxarı olan kişi; 375-i gəncdir. Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum olunanların 63 nəfərdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi