hia.az

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

0 dəfə baxılıb Bu gün, 10:03

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" "Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problemhəlletmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.

Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi