hia.az

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

3 dəfə baxılıb Bu gün, 17:28

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

İranın Hörmüz boğazı ilə bağlı mövqe və şərtləri vasitəçi kimi Pakistana elan edilib.

Bunu məlumatlı mənbə "Təsnim"ə açıqlayıb.

"Ötən gün İrana səfər edən Pakistan ordusunun (Quru Qoşunların komandanı) komandanı Asim Munir Amerika tərəfindən təhdid və ya buna bənzər mesaj gətirməyib, əksinə o, danışıqlar mühitini açmaq istəyir", - mənbə bildirib.

O əlavə edib ki, Munirlə keçirilən görüşlərdə İranın mövqeləri Pakistan tərəfinə şəffaf şəkildə elan edilib: "Amerikanın İslamabad Anlaşma Memorandumuna qayıtması və onun 5-ci bəndini, yəni Hörmüz boğazı üzərində İranın tənzimləmələrini ehtiva edən müddəalarının icrası İranın şərtlərinə daxildir. Bu məsələ Pakistana elan edilib. Pakistan tərəfi bunu Amerika tərəfinə çatdırmağa çalışır".

Xatırladaq ki, Qətərin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari ABŞ və İran danışıqlarında heç bir yeniliyin olmadığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi