hia.az

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

24 dəfə baxılıb 25-08-2026, 16:00

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi eyni adlı QSC-yə çevrilib.

Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, səhmdar cəmiyyəti Bakıdakı Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi üzrə fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir.

Paytaxtdakı Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsini isə Prezidentin İşlər İdarəsi həyata keçirəcək.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsinə gəlincə, Prezidentə Cəmiyyətin yenidən təşkili və ləğvi; Cəmiyyətin idarəetmə orqanlarının yaradılması; Cəmiyyətin Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi həvalə edilib.

Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsinə cavabdeh olacaq.

Maliyyə Nazirliyi Cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi