hia.az

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

31 dəfə baxılıb 25-08-2026, 14:04

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya təxliyə edilib.

"Hazırda Xalq artistinin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu piyada keçidindən keçərkən avtomobillə vurulub.

Hadisədən sonra o, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xalq artistinə ilkin zəruri tibbi xidmət göstərilib və müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi