hia.az

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

1 dəfə baxılıb Bu gün, 10:17

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.

Bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.

"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

"Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubuna səfərdə 1:2 hesabı ilə məğlub olan "Sabah", Bakıda əsas vaxtda 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda daha 2 qol vuran Azərbaycan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi