hia.az

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

7 dəfə baxılıb Dünən, 16:02

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər


İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər.

Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibi bildirib.

"Danışıqlar zamanı boğaz sularında hər bir tərəfin payı, həmçinin İran və Omanın gəlirlərinin payı ilə bağlı razılaşmalar əldə olunub. Hörmüz bizim nəzarətimizdədir və Fars körfəzində düşmənin heç bir hərbi gəmisi yoxdur", - deyə o bildirib və qeyd edib ki, düşmənin bütün döyüş gəmiləri Hörmüz boğazından ən azı 400 kilometr məsafədə yerləşir.

Möhibi vurğulayıb ki, ABŞ münaqişənin dayandırılması haqqında memorandumun şərtlərinə, o cümlədən "bütün cəbhələrdə" döyüşlərin dayandırılması və dəniz blokadasının ləğv edilməsi ilə bağlı müddəalara riayət etməyənə qədər boğaz bağlı qalacaq.

İran XİN daha əvvəl Oman tərəfi ilə Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti dəhlizin yaradılması və marşrutun minalardan birgə təmizlənməsi üzərində iş apardıqlarını bildirib, eləcə də hazırda bağlı olan boğazda gəmiçilik üçün daimi fəaliyyət göstərən dəhlizin yaradılması üzrə müzakirələri davam etdirmək barədə razılığa gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi