hia.az
hia.az

BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər

32 dəfə baxılıb 20-11-2024, 09:19

BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər

İqlim böhranına ən az töhfə verənlər ən yüksək qiyməti ödəyəcəklər.

Bunu BMT-nin Baş Katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Hart COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

"Heç bir qitə, heç bir bölgə, heç bir ölkə immunitetə ​​malik deyil. Dünya 1,5 dərəcə həddinə yaxınlaşdıqca, iqlim xaosunun qiyməti artır. 500 milyondan çox şəhər sakini sahilyanı ərazilərdə yaşayır və onlar şiddətli fırtınalarla, dəniz səviyyəsinin daha tez-tez qalxması ilə üzləşirlər. Təxminən 25 il sonra dünya şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilərlər. Ona görə də iqlim dəyişikliyi ilə mübarizədə bütün səviyyələrdə əməkdaşlıqlar lazımdır", - deyə o qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi