hia.az
hia.az

Lesli Adoqame: "Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir"

37 dəfə baxılıb 16-11-2024, 14:01

Lesli Adoqame: "Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir"

Afrikada tullantıların yandırılması bu istiqamətdə problemləri həll etmir.

Bunu Nigeriyanın Fəaliyyət və İnkişaf üçün Davamlı Tədqiqatlar (SRADev) təşkilatının icraçı direktoru Lesli Adoqame Metan üzrə Qlobal Öhdəlik çərçivəsində keçirilən tədbirdə bildirib.

"Tullantıların yandırılması Afrikada bu istiqamətdə problemlərin həlli üçün yol deyil. Bu, kömür yandırılması kimi çirkli enerji mənbəyidir. Üstəlik, bu, israfçı və idxal olunan texnologiyadır", - o vurğulayıb.

L. Adoqamenin sözlərinə görə, yandırmaya alternativ olaraq daha təhlükəsiz və iqtisadi baxımdan sərfəli həllər mövcuddur: "Bu alternativlər vasitəsilə təkcə sağlamlıq risklərinin qarşısı alınmır, həm də daha çox enerji istehsal olunur və ya enerjiyə qənaət edilir. Xüsusilə də sağlamlıqla bağlı xərcləri nəzərə aldıqda, bu üsullar daha ucuz başa gəlir".

İcraçı direktor əlavə edib ki, Afrikanın tullantıların idarə olunmasında daha effektiv və davamlı həllərə ehtiyacı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi