hia.az
hia.az

Jurnalistikaya üz tutanların sayı artıb

9 dəfə baxılıb 26-08-2024, 12:46

Jurnalistikaya üz tutanların sayı artıb


“Bu il Azərbaycan dili fənni üzrə buraxılış imtahanı nəticələri çox yüksək olub”

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, buraxılış imtahanında Azərbaycan dili fənnindən balların yüksəlməsi jurnalistikaya üz tutanların sayına müsbət təsir edir.

"Jurnalistikaya qəbulda qabiliyyət imtahanın əlavə edildiyi ilk zamanlar görürdük ki, abituriyentlər esse yazmağı bilmirlər. Amma get-gedə bu bacarığın təkmilləşdiyini görmək mümkündür. Ümumiyyətlə qabiliyyət imtahanı bacarıqlı abituriyentlərin seçilməsi üçün labüddür. Bu imtahan müzakirələr əsasında yaradılıb.Əsas üstünlüklərindən biri də odur ki, bu imtahan şəffaf yoxlama prosesi əsasında seçimə imkan verir. İmtahanla bağlı jurnalistika fakültəsinin müəllim-professor heyəti müzakirələr etmək istəyirlərsə, biz onların təkliflərinə açığıq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi