hia.az
hia.az

Jurnalistlər binasının yaxınlığındakı işıqfor niyə işləmir?

18 dəfə baxılıb 16-08-2024, 13:23

Jurnalistlər binasının yaxınlığındakı işıqfor niyə işləmir?


Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığındakı yolda işıqfor işləmir.

Bu barədə jurnalistlər sosial şəbəkələrdə paylaşımlar ediblər.

Onlar sözügedən ərazidə işıqforda tez-tez texniki problemlərin yarandığını qeyd ediblər.

Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov açıqlama yayıb.

O bildirib ki, problemin yaranması işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır:

“Belə ki, bir neçə il əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub. Həmin vaxt ərazidə mövcud infrastruktur (eleketrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib. Hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforun işində problem yaranır. NİİM əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub”.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi