hia.az
hia.az

Türkiyə: Yeni soyuq müharibəyə daxil olduq!

236 dəfə baxılıb 14-04-2022, 11:31

Türkiyə: Yeni soyuq müharibəyə daxil olduq!


Yeni soyuq müharibə dövrünə qədəm qoyduq.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.

“Ukrayna böhranı dərinləşməkdə davam edir. Qarşılıqlı səhvlər, yeni güc balansı axtarışları və qısavədəli maraqlar orta perspektivdə daha böyük strateji itkilərə və humanitar fəlakətə gətirib çıxaracaq. Yeni soyuq savaş dönəminə daxil oluruq. Bu müharibənin fəsadları onillərlə davam edəcək.

Ərzaq və enerji təhlükəsizliyindən tutmuş geosiyasi dinamika və regional alyanslara qədər bütün sahələrdə yeni balans yaranacaq.

Türkiyə balanslı mövqeyini qoruyub saxlayacaq və bu kritik dövrə sülh, sabitlik, təhlükəsizlik və ədalət gətirmək üçün çoxşaxəli təşəbbüslərini davam etdirəcək”, - deyə türkiyəli rəsmi bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi