hia.az
hia.az

Bayden çıxışı zamanı yenə səhv etdi

207 dəfə baxılıb 5-04-2022, 17:36

Bayden çıxışı zamanı yenə səhv etdi

ABŞ prezidenti Co Bayden növbəti dəfə media qarşısında səhvə yol verib.

Bayden və onun xanımı Cill Bayden ABŞ ordusunun yeni nüvə sualtı qayığı olan "USS Delaware"nin mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən Amerika lideri a həyat yoldaşının sualtı qayığın inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Cil Baydeni ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə vitse-prezident olduğunu vurğulayan Bayden belə davam edib:

"Mən Cill Baydendən vitse-prezident olarkən Mişel Obama ilə başladığı və hazırda davam edən Qüvvələrin Birləşdirilməsi təşəbbüsü ilə gördüyü işdən çox qürur duyuram”.

Baydenin bəyanatını dərc edən Ağ Ev, "(Mən) vitse-prezident olanda..." yazaraq səhvi düzəldib.

Bildirək ki, bu Baydenin ilk səhvi deyil. ABŞ-ın ən yaşlı prezidenti olan Bayden keçən ay ABŞ-ın vitse-prezidenti Kamala Harrisi “Birinci xanım” adlandırmışdı. ABŞ prezidenti Harris haqqında danışarkən bir neçə dəfə “vitse-prezident” əvəzinə “prezident” sözünü işlədib.

Baydenin zehni vəziyyəti əvvəllər də mübahisə mövzusu olub. Onun sələfi Donald Tramp, 2020-ci il seçkilərində kampaniyasında "qocalıq" olaraq xarakterizə etdiyi Baydenin psixi sağlamlığının bu vəzifə üçün uyğun olmadığını iddia edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi