hia.az
hia.az

Mahir Emreli Türkiyənin bu klubuna gəlir

253 dəfə baxılıb 15-01-2022, 13:30

Mahir Emreli Türkiyənin bu klubuna gəlir

Polşanın "Legiya" klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.

Parlamentinsesi.az "sportfm.az"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Super Liqa təmsilçisi "Başakşəhər"lə anlaşıb. Emre Beleoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.

Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn "Başakşəhər" rəhbərliyi "Legiya" ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda "Başakşəhər" Super Liqada 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi