hia.az
hia.az

Rusiya Makronun Qarabağla bağlı səylərinə sərt cavab verdi

84 dəfə baxılıb 30-08-2023, 15:37

Rusiya Makronun Qarabağla bağlı səylərinə sərt cavab verdi


Bakı ilə İrəvan arasında münasibətlərin hər iki ölkənin maraqları nəzərə alınmadan tənzimlənməsinə ümid etmək olmaz.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq aləmdə yeni təşəbbüslə çıxış etmək niyyətində olan Fransa prezidenti Emmanuel Makronun açıqlamalarını belə şərh edib: "Moskva bir tərəfdən Rusiyanın Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan istənilən təşəbbüsləri alqışlayır. Digər tərəfdən, Fransanın bu sahədəki fəaliyyəti bizə yaxşı məlumdur. Vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin mövqeyi nəzərə alınmalıdır. Bunsuz vəziyyətin həllində irəliləyişə ümid etməyə dəyməz".

Bundan əvvəl Makron Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. O, Qarabağ münaqişəsinin həlli üçün yeni təşəbbüslə çıxış edəcəyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi