hia.az

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

19 dəfə baxılıb 2-04-2026, 16:46

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Çexiyanın Baş naziri Andrey Babiş (Andrej Babiš) aprelin 26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı aprelin 26-dan 30-dək Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasına və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yekunu üzrə Azərbaycan və Çexiya arasında xarici ticarət dövriyyəsinin dəyəri 814,73 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 29 % azdır.

Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri isə 92,077 milyon ABŞ dolları (60,8 % az) təşkil edib.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi