hia.az

Ərbildə 20-dən çox PUA vurulub

17 dəfə baxılıb 1-04-2026, 11:03

Ərbildə 20-dən çox PUA vurulub

İraqın Ərbil şəhərində hava hücumundan müdafiə vasitələri ötən gecə 20-dən çox pilotsuz uçuş aparatını (PUA) vurub.

Bunu Ərbilin qubernatoru Omed Xoşnau bildirib.

O vurğulayıb ki, hücumlar nəticəsində ölən olmayıb:

"Hava hücumundan müdafiə sistemləri PUA-ların ələ keçirilməsi əməliyyatında iştirak edib. Bu isə hücumun tam şəkildə qarşısının alınmasına kömək edib".

Yerli mənbə bildirib ki, Ərbil əyalətinin səmasında partlayış səsləri eşidilib və bunun səbəbi dronların hədəflərinə çatmadan ələ keçirilməsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi