hia.az
hia.az

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

17 dəfə baxılıb 31-03-2026, 15:25

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5kv.m. sahə yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Partlayış zamanı 2 nəfər xəsarət alıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi