hia.az

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

11 dəfə baxılıb 1-04-2026, 15:18

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanla Şimali Kipr arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.

Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kiprin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib.

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə toxunulub.

Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi