hia.az

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

13 dəfə baxılıb 2-04-2026, 12:47

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Bu gün gecə saatlarında "Türk axını" qaz kəmərinin obyektinə pilotsuz uçuş aparatları ilə yeni hücum cəhdi olub.

Bu barədə Rusiya KİV-i "Qazprom"un açıqlamasına istinadən məlumat verib.

"Bu gün gecə saat 00:40-dan 01:00-a qədər olan müddətdə "Türk axını" qaz kəməri ilə tədarüklərin etibarlılığını təmin edən "Russkaya" kompressor stansiyası təyyarə tipli üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin qüvvələrinin və mobil əməliyyat qruplarının birgə fəaliyyəti nəticəsində hücum dəf edilib, "Qazprom" ASC-nin obyektinin vurulmasının qarşısı alınıb", - məlumatda qeyd olunub.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarındakı "Russkaya" kompressor stansiyasına Ukrayna dronlarının hücumunun dəf edilməsi barədə martda məlumat vermişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi