hia.az

Özünü öldürmək istədi, son anda xilas edildi

130 dəfə baxılıb 31-07-2023, 10:46

Özünü öldürmək istədi, son anda xilas edildi


Xırdalanda bir nəfər intihara cəhd edir.

Şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.

Əldə etdiyimiz ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir .

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.

***

Polis və FHN əməkdaşları profilaktik tədbirlərlə şəxsi intihar ermək fikrindən daşındırıblar.

***

FHN-dən bildirilib ki, xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər. Aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi