hia.az

Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi

8 dəfə baxılıb Bu gün, 10:35

Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi

Quba rayonunda yerləşən bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarında qeyd olunub.

Qərara əsasən, nazirliyin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.

Quba rayonunun məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəzlənib.

Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbir, Alekseyevka adı Çinarlı ilə dəyişdirilib.

Dəyişikliklər "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.

Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi