hia.az

Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb

5 dəfə baxılıb Bu gün, 14:12

Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatdırılıb.

Yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Təhvil verilmə mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev, Ukrayna Energetika Nazirliyinin xarici əlaqələr depatamentinin rəhbəri Aleksandr Boqdanets iştirak edib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1,5 milyon dollar ( 2,5 milyon manat) Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqlarıdır.

Humanitar yükün tərkibinə 9 transformator, 186 km kabel və 12 kV-luq paylayıcı avadanlıq daxildir.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi