hia.az

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

5 dəfə baxılıb Bu gün, 14:47

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb.

Bu barədə Xameneinin İslam Respublikası Silahlı Qüvvələrinin yüksəkrütbəli komandanları ilə görüşünün yekunlarına dair məlumatda bildirilib.

Xamenei hərbi kəşfiyyat sistemini gücləndirməyi, yerli müdafiə sənayesini həm doktrina, həm də taktiki ölçülərdə inkişaf etdirməyi, ən yeni texnologiyalar əsasında müasir müdafiə və güc imkanlarını artırmağı, eləcə də şəxsi heyətin döyüş ruhunu yüksəltməyi və onların maddi ehtiyaclarını təmin etməyi tapşırıb.

Bundan əlavə, ali baş komandan hədəflər siyahısının yenilənməsini əmr edib. Yenilənmiş siyahı ABŞ və İsrailin müxtəlif maddi və qeyri-maddi aktivlərini İran Silahlı Qüvvələrinin əlçatanlıq zonasında saxlamalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi