hia.az

Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

39 dəfə baxılıb 18-09-2026, 14:35

Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Şuşada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilib.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Milli Musiqi günü münasibətilə əvvəlcə görkəmli bəstəkarın büstünün və heykəlinin önünə gül dəstələri və çələng qoyulub. Tədbir iştirakçılar həmçinin Üzeyir Hacıbəyovun güllələnmiş büstünə və tut bağındakı heykəlinin önünə də gül dəstələri düzərək xatirəsini ehtiram ifadə ediblər.

Daha sonra Üzeyir Hacıbəyovun ev-muzeyində tədbir keçirilib. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa rayonundakı idarə və müəssisələrin rəhbərləri, Qarabağ universitetinin nümayəndənləri, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, şəhər sakinləri iştirak ediblər.

Tədbir çərçivəsində dahi bəstəkarın əsərlərindən ibarət musiqi kompozisiyası da səsləndirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi