hia.az

Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

4 dəfə baxılıb Bu gün, 14:53

Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.

8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.

Veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir.

Bu cür tədbirlər, eyni zamanda, uşaqlar arasında dostluq və həmrəylik əlaqələrinin möhkəmləndirilməsinə, gənc nəslin Vətənə bağlılıq ruhunda yetişməsinə və Zəfər Gününün daşıdığı tarixi əhəmiyyətin daha dərindən dərk olunmasına töhfə verir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi