hia.az

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

6 dəfə baxılıb Bu gün, 15:21

Suriya Məkkə müdafiə alyansına qoşula bilər

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir.

Bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue" konfransında bildirib.

"Hazırda Suriyanın Məkkə alyansına daxil olması imkanlarını qiymətləndirmək məqsədilə müzakirələr aparılır", - nazir deyib.

Onun sözlərinə görə, bu gün regionun heç bir ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmir. Əş-Şibani Fars körfəzinin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyinin bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, Dəməşq transsərhəd silahlı qruplaşmalara qarşı mübarizədə körfəz ölkələrini dəstəkləyir.

Qeyd edək ki, birgə müdafiə haqqında Məkkə sazişi avqustun 7-də imzalanıb. Sənəd iştirakçı ölkələrdən birinə edilən hücumun hamıya edilmiş hücum kimi qiymətləndirilməsini nəzərdə tutur.

Saziş müdafiə və xarici işlər nazirlərinin, eləcə də Baş Qərargah rəislərinin iştirakı ilə mexanizmlərin yaradılmasını və ən yüksək səviyyədə koordinasiyanın həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlığa komanda-qərargah və səhra təlimləri ilə başlanacaq. Sonrakı mərhələlərdə isə quru, dəniz və hava qüvvələrinin, hava hücumundan müdafiə vasitələrinin və pilotsuz sistemlərin iştirak etdiyi birgə təlimlərin keçirilməsi planlaşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi